Laçın rayonunun işğalından 18 il ötür.

Bu gün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Laçın rayonunun işğalından 18 il ötür. Düz 18 il öncə – 1992-ci il mayın 18-də Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri ilə Ermənistan ordusu Azərbaycanın dilbər guşələrindən biri olan Laçını işğal etdilər. 1876 kvadrat kilometr ərazisi olan Laçın rayonunun işğalı nəticəsində 60 min vətəndaşımız məcburi köçkün düşdü, yüzlərlə dinc əhali və hərbçimiz öldürüldü.

Laçının ermənilərin əlinə keçməsi Dağlıq Qarabağla Ermənistan arasında quru yolunun açılmasına səbəb oldu. Laçın dəhlizini ələ keçirməklə Dağlıq Qarabağın separatçı rejimi Ermənistandan hər cür yardımlar almağa müyəssər oldu. Laçın itkisi sonradan daha 6 rayonu itirməyimizə səbəb oldu.

Niyə yerlərimizdən, yurdumuzdan didərgin düşüb o yerlərə yenidən qayıtmaq ümidü yoxdu, niyə hər şeyi unuduruq, niyə belə asanlıqla biz yatıb dururuq, heçmi fikirləşmirik ki bu bizim adımıza ləkədi, 18-il keçir artıq hər il eyni şey ildə bir dəfə yad edirik bitir, gözləyək birdə 19-cu ili , bundan sonrakı illəri 20, 21, 22, hara gedir bu rəqəmləri illərdi təkrar təkrar deyib üstünə 1 ildə əlavə eləyirik ayıl qəflət yuxusundasan hec olmasa gözlərini aç, ayıl Vətən Övladı, Bu tək laçınlınn, qarabağlının, şuşalının çəkdiyi dərd deyil sənin də dərdindi. Vətən üçün nə etmisən deyəndə qayıdıb deyirlər ki , vətən mənim üçün nə edib axı, Vətən sənin üçün ən gözəl diyarı vermişdi , qaytar o diyarı vətən sənin üçün cənnət versin, Vətəndən istə ki əldə eləyəsən , Vətən səndən öz ürəyini istəyir, öz şah damarını – Qarabağı istəyir, ondan ayrılan damarlarını istəyir, bu zəif qanla cox yaşamaz Azərbaycan. O diyarın havası var deyə ayaqdadı Azərbaycan, havasın yox torpağın , suyun, dağların al gətir ki min illər boyu yaşam həddi bitənə kimi yaşayasan o diyarlarla !