“Verilənlərin dinamik strukturları. Siyahılar, steklər, növbələr” mövzusunda açıq mühazirə dərsi keçirildi

28.10.2025-ci il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Tamella Əsgərovanın İnformatika müəllimliyi ixtisasının 2-ci kursunda Proqramlaşdırma dilləri-2 fənnindən “Verilənlərin dinamik strukturları. Siyahılar, steklər, növbələr” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən tələbələrdə C++ proqramlaşdırma bacarıqlarını inkşaf etdirilməsidir və konsoldasiyasıdır. Məlumatların təhlili və təqdimatı üçün güclü praktik vərdişlərin yaradılmasıdır. Müəllim slaydla mühazirənin izahını verdi və C++-da tələbələrlə birlikdə proqram quraraq izah etdi.

Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri dos.İlqar Cabbarov, prof.Orucəli Rzayev, dos.Sübhiyyə Zeynallı, dos. Tahir Məmmədov, dos.Gülmira Verdiyeva, dos.Nazim Neymətov, b.m.Samirə Cəfərova, müəl.Leyla Mehdiyeva və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.