“Kompleks dəyişənli funksiyalarda Nyuton – Leybnis düsturunun tətbiqinə aid misallar” mövzusunda açıq dərs keçirildi.

28 oktyabr 2025-cü il tarixdə Riyazi analiz kafedrasının müəllimi Fidan Mehdiyevanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının 5-ci kursunda Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi fənnindən açıq seminar dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Kompleks dəyişənli funksiyalarda Nyuton – Leybnis düsturunun tətbiqinə aid misallar” dır.

Dərsin əsas məqsədi fənnin tədrisində tələbələrdə riyazi analiz kursunda öyrənilən diferensial və inteqral hesabında məlum olan elementar, triqonometrik və hiperbolik funksiyaların kompleks dəyişənli formada xassələrini, əlaqə düsturlarını və analitikliyini göstərmək və əlaqələndirməkdən ibarətdir. Əvvəlcə təhsilverən tələbələrdən kompleks funksiyanın inteqralının təriflərini soruşdu, hesablamalar aparmaq üçün növləri göstərildi. Sonra düsturlar göstərilərək onların tətbiqlərinə aid misallar həll olundu.

Dərsdə fakültənin dekan müavini r.f.d.Rauf Məmmədov, Riyazi analiz kafedrasının dosenti Abbas Hüseynov, dosent Nazim Neymətov, dosent Tahir Məmmədov, dosent Gülmira Verdiyeva, müəllim Bahar Vəliyeva, müəllim Məlahət İsmayılova və kafedranın digər müəllim və laborant heyəti iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.