Orta məktəb şagirdləri ilə Riyaziyyat və informatika fakültəsidə görüş

Gəncə Dövlət Universitetinin son illər ərzində aparılan səmərəli tədris, elmi-tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin Gəncə şəhərində və ətraf rayonların orta məktəblərində təbliği ilə əlaqədar qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədilə 16.10.2025-ci il tarixdə Samux Rayon Təhsil sektorunda İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbin şagirdləri universitetin VI tədris binasında olmuşdurlar. Tədbirdə Samux Rayonun İnstitut qəsəbə tam orta məktəbinin yuxarı sinif şagirdləri Riyaziyyat və informatika aylığı çərçivəsində Riyaziyyat- informatika fakültəsinin fənn kabinələri, laboratoriyaları və fakültənin ixtisas kafedralarında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

         Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Riyaziyyat – informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, professor Orucəli Rzayev, dosent Rauf Məmmədov, dosent Nazim Neymətov, İnstitut qəsəbə tam orta məktəbin müəllimləri Nəsrin Yusifli və Nailə Fərzəliyeva iştirak etmişdi.  

Tədbirdə çıxış edənlər qeyd etmişdir ki, əsas məqsəd Gəncə Dövlət Universiteti ilə Samux Rayon Təhsil şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yardılması və şagirdlərin GDU-da fəaliyyət göstərən ixtisaslar haqqında biliklərinin artırılmasından ibarət olmuşdur.

Tədbirdə şagirdlərə universitetin həyat və fəaliyyətini əks etdirən bukletlər təqdim olundu.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara ətraflı məlumat verilmişdir.