


21 oktyabr 2025-ci il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Elnura Cuvarlinskayanın Kompüter qrafikası fənnindən Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda “Corel Draw proqramı, onun interfeysi və parametrləri” mövzusunda açıq dərs keçirildi. Mövzuda Corel Draw qrafik redaktorunda iş haqqında anlayışlar verildi. Yeni sənədin yaradılması, sənədin ölçülərinin dəyişdirilməsi, alətlərdən istifadə qaydaları izah edildi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedranın müdiri dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, dos.Tahir Məmmədov, dos.Nazim Neymətov, dos.əv.Esmira Cəfərli, müəllim İ.Budaqov və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərsin sonda qiymətləndirildi.