“İbtidai funksiya. Qeyri müəyyən inteqral. Qeyri-müəyyən inteqralın xassələri. İnteqrallama üsullarına aid misallar” mövzusunda açıq dərs keçirildi

16 oktyabr 2025-ci il tarixdə Riyazi analiz kafedrasının müəllimi Aysel Ağazadənin İnformatika müəllimliyi 1-ci kursunda Riyazi analiz fənnindən açıq seminar dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “İbtidai funksiya. Qeyri müəyyən inteqral. Qeyri-müəyyən inteqralın xassələri. İnteqrallama üsullarına aid misallar”dır. Ümumi nəzəriyyəni tələbələrin nəzərinə çatdırmaq və inteqralın tapılması üsulunun mahiyyətini göstərməkdən ibarətdir. Seminar dərsi qoyulan plana uyğun ardıcıllıqla, tələbələrin iştirakı ilə izah olunmuş və xüsusi qeydlər aparılmışdır. Müəllim tələbələrə misallarla yeni mövzunu izah etdi. Dərsdə Riyazi analiz kafedrasının müdiri prof.Orucəli Rzayev, f.prof..Zəfər Abbasov, dos.Tahir Məmmədov, dos.Nazim Neymətov, müəllim Bahar Vəliyeva və kafedranın digər müəllimləri iştirak etmişlər.