

9 oktyabr 2025-ci il tarixdə Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı kafedrasının baş müəllimi İlhamə İbrahimovanın riyaziyyat və informatika müəllimliyi ixtisasının 2 kursunda Mülki müdafiə və ilkin tibbi yardım fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərs “Nüvə silahının xarakteristikası. Nüvə zədələmə ocağında ilk ti bbi yardımın təşkili” mövzusunda oldu. Müəllim əvvəlcə fənnin məqsədini qeyd edərək göstərdi ki, nüvə silahından əhalinin mühafizə edilməsini, sülh və müharibə dövründə insanların həyatı və sağlamlığı üçün təhlükə yarandığı barədə davranış qaydalarını, fövqəladə halların nəticələrinin aradan qaldırılmasıdır. Sonra müəllim frontal sorğu aparmaqla keçmiş mövzuları təkralatdı. Sonra isə yeni mövzunun izahını daha geniş şəkildə slaytla izah etdi. Açıq dərsdə kafedranın metod birləşmənin sədri kafedra müdiri əvəzi b.m.Mahnur Məmmədova, b.m.Fikrət Hüseynov, Riyaziyyat və informatika fakültəsinin əməkdaşı dos.Nazim Neymətov iştirak etmişlər. Açıq dərs sonda müzakirə edildi.