







8 oktyabr 2025-ci il tarixdə Gəncə şəhəri 27 saylı tam orta məktəbin riyaziyyat müəllimi, fakültəmizin 2010-cu il məzunu Mətanət Xəlilova və 11-ci sinif şagirdləri Riyaziyyat və informatika fakültəsinin professor müəllim heyəti ilə maraqlı görüşü keçirdilər. Fakültə dekanı dos. Oruc Hüseynov, dekan müavinləri r.f.d.Rauf Məmmədov, t.f.d.Nurəngiz Bəşirova, Riyazi analiz kafedrsaının müdiri prof.Orcəli Rzayev, kafedranın əməkdaşları fəxri prof. Abbas Hüseynov, dos.Tahir Məmmədov, dos.Nazim Neymətov, b.m.Səbinə İbrahimova və digər müəllimlər şagirdlərlə maraqlı söhbətlər apardılar. Şagirdlər fakültənin auditoriyaları, kompüter laboratoriyaları ilə tanış oldular. Sonra şagirdlər mühazirə və seminar dərslərdə iştirak etdilər və fakültəmizin tələbələri ilə səmimi söhbətlər apardılar. Bu görüş şagirdlər üçün gələcəkdə yüksək motivasiya olacaqdır.