




14 aprel 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının baş müəllimi Pərvin Mustafayevanın Riyaziyyat müəllimliyi 3 kursunda Riyaziyyatın tədrisi metodikası-2 fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Orta kəmiyyətlərin öyrənilməsi metodikası”-dır. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Dərsin məqsəd məktəb riyaziyyat kursunda orta kəmiyyətlər mövzusunun tədrisi metodikasının öyrədilməsidir. Mühazirədə statistika elementlərinin ardıcıl müxtəlif siniflərdə necə tədris olunması, məntiqi ardıcıllığı, müxtəlif çalışmalar vasitəsilə aydınlaşdırma və onlar haqqında teorem şərh olunmuşdur. Dərsin sonunda müəllim refleksiya vasitəsilə orta kəmiyyətlər haqqında genişlənmiş məlumatları tələbələrə izah etməyə nail oldu. Dərsdə fakültənin dekanı dos.Oruc Hüseynov, prof.Orcəli Rzayev, dos. Gülmira Verdiyeva, dos. Nazim Neymətov, pdf, b.m.Esmira Cəfərli, b.m.Cəbərrüd Məmmədova, müəllim Şərafət Hüseynova, müəllim Humay Babayeva, müəllim Ramidə Həsənova və kafedranın digər müəllimləri iştirak etmişlər. Sonra açıq dərs müzakirə edildi.