“Müasir dövrdə din” mövzusunda açıq mühazirə dərsi keçirildi

14 aprel 2025-ci il tarixdə Riyaziyyat-informatika fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının I kursunda Sosial fənlər kafedrasının baş müəllimi Aytən İsayevanın Multikulturalizm fənnindən “Müasir dövrdə din” mövzusunda açıq mühazirə dərsi keçirildi. Ümumiyyətlə müasir dövrdə Azərbaycan Respublikası multikulturalizm özünün dövlət siyasəti bəyan etmişdir. Bu siyasətin uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri multikulturalizm haqqında elmi biliklərin ölkənin ali məktəblərində tədris olunmasıdır. Kursun əsas məqsədi təhsil alan tələbələrə multikulturalizmi bir sosial hadisə, idealogiya, siyasət, həyat tərzi kimi təqdim etmək, müasir dövrdə onun əhəmiyyətini göstərməkdir. Müəllim açıq dərs zamanı bunları izah etdi və interaktiv sorğu ilə yeni mövzunun izahını verdi. Slaydla mövzunu daha ətraflı göstərdi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, dekan müavinir Rauf Məmmədov, kafedra müdiri dos.Cavid Bağırzadə, dos.Tahir Məmmədov, dos.İlqar Cabbarov, dos.Nazim Neymətov iştirak etmişlər. Sonda açıq dərs müzakirə oldu.