





15 sentyabr Azərbaycanda “Bilik Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Ənənəvi olaraq 15 sentyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin V tədris korpusunun qarşısında “15 sentyabr – Bilik günü” münasibətilə təntənəli tədbir keçirildi. Tədbiri giriş sözü Universitetin rektoru, professor Yusif Yusibov açaraq, tədbir iştirakçılarını yeni dərs ili münasibəti ilə təbrik etdi. Rektor Yusif Yusibov çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək hazırda dövlət başçısı Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb, son illər ərzində universitetdə əldə olunan nailiyyətlər, ali təhsil ocağının yüksək nüfuzu, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb. Bildirilib ki, Gəncə Dövlət Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günü-gündən genişləndirən ali təhsil ocağıdır. Universitetdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialı, maddi-texniki bazanın gücləndirliməsi hər zaman diqqət mərkəzindədir. Rektor son illər universitetə qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının ilbəil artıdığını xüsusi vurğulayaraq bildirib ki, bu tədris ilində də Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək, növbəti semestrlərdə isə ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam edəcək. Tədbirdə 617 bal ilə universitetin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olan Ayşən Aslanlı, 633 balla Riyaziyyat və İnformatika ixtisasına qəbul olan Nərmin Muradova və 86 balla magistratura səviyyəsinə qəbul olan Nərmin Muradova çıxış edərək təhsillərini Gəncə Dövlət Universitetində alacaqlarına görə fəxr etdiklərini dilə gətiriblər. Ümumi tədbirdən sonra Riyaziyyat və informatika fakültəsinin dekanı dos.Oruc Hüseynov, dekan müavinləri Rauf Məmmədov, Nurəngiz Bəşirova, dos. Nazim Neymətov, tyutor Günay Yusifova, Səlbi Neymətova, Tələbə Həmkarlar Təşkilatının sədri Leyla Paşayeva, Tələbə Gənclər Təşkilatının sədri Əli İsmayılov I kurs tələbələri ilə görüşərək, onları tələbə adına almaları münasibətilə təbrik etdilər.
Əziz tələbələr və professor müəllim heyəti Bilik gününüz mübarək!