











17 sentyabr 2025-ci il tarixində Riyaziyyat və informatika fakültəsində 27 sentyabr Anım gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilmişdir. Tədbir Riyaziyyat və informatika fakültəsinin şəhid məzunu İsrafilov Vidadi Vaqif oğlunun adına təsis olunmuş kabinetdə keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Azərbaycanın çiçəklənməsi uğrunda əvəzsiz tövhələr vermiş Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad edilmişdir. İlk söz Universitetin humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyevaya verilmişdir. Sonra Riyaziyyat və informatika fakültəsinin dekanı dos.Oruc Hüseynov, Riyazi analiz kafedrasının müdiri prof.Orucəli Rzayev, İnformatika və cəbr kafedrasının mühəndis proqramçısı, 44 günlük Vətən müharıbəsi iştirakçısı İsmət Budaqov, İnformatika müəllimliyi II kurs tələbəsi, 44 günlük Vətən müharıbəsi iştirakçısı Fuad Əkbərov, Riyaziyyat müəllimliyi II kurs tələbəsi Lalə Əliyeva çıxış etmişlər.
Tədbirdə fakültənin tələbələrinin tərtib etdikləri “Zəfər yolu” adlı videoçarx nümayış olunmuşdur.
Sonda Riyaziyyat və informatika fakültəsinin tələbələrindən Kompüter elmləri 3-cü kurs tələbəsi Hacızadə Amin, Riyaziyyat və informatika müəllimliyi 3-cü kurs tələbəsi Xəlilova Aliyə, İnformatika müəllimliyi Məmmədova Sevil, Riyaziyyat və informatika müəllimliyi 2-cü kurs tələbəsi Məmmədova Aytən, Riyaziyyat müəllimliyi 2-ci kurs tələbəsi Qaçaçayeva Samirənin ifasında “Şəhidlik zirvəsi” bədii kompazisiya nümayiş olunmuşdur.
Tədbir yüksək vətənpərvərlik ruhunda keçirilmiş, şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram nümayiş etdirilmişdir.