Universitet və Fakültə Elmi Şuralarına seçki keçirildi

11 sentyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində Universitet və Fakültə Elmi Şuralarına üzv seçmək üçün fakültənin professor-müəllim heyətinin iştirakı ilə genişləndirilmiş iclas keçirildi. İclas Universitetin Humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyeva ın sədrliyi və Elmi katib dos. Seymur Meşaik iştirakı ilə keçirildi. Gülsüm müəllimə iclası açıq elan etdi. Əvvəlcə söz Seymur müəllimə verildi və o seçkilərin keçirilməsi üçün yeni qaydaları oxuyaraq izah etdi.

Sonra kafedralar üzrə namizədləri seçilərək gizlin səsverməyə buraxıldılar. Gizlin səsvermə bitdikdən sonra Universitet Elmi Şurasına üç və Fakültə Elmi Şurasına isə altı namizəd seçilərək təsdiq edildi. Namizədlərə uğurlar arzulayırıq.