“Bir neçə funksiyadan asılı funksionallar. Yüksək tərtibli törəmədən asılı funksionallar üçün Eyler-Puasson tənliyi” mövzusunda açıq dərs keçirilmişdir

19 oktyabr 2022-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının baş müəllimi Samirə Abbasovanın Riyaziyyat müəllimliyi 3 kursunda Variasiya hesabı və optimallaşdırma fənnindən mühazirə dərsi keçirilmişdir. “Bir neçə funksiyadan asılı funksionallar. Yüksək tərtibli törəmədən asılı funksionallar üçün Eyler-Puasson tənliyi” mövzusunda açıq dərsin mahiyyəti bir neçə funksiyadan asılı funksionalların ekstremalları müəyyən etmək üçün yüksək tərtibli funksionalların Eyler-Puasson tənliyi ilə ekstremalları müəyyən etməkdir.

Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dos.S.Zeynallı, dos.C.İbrahimov, dos.Ü.Əfəndiyev, b.m.V.Qarayeva, b.m.K.Qaybalıyeva, müəllimi A. Qurbanova, müəllim P.Mustafayeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.