Monthly Archives: Aprel 2022

Gəncə ilə tanış olaq

19.04.2022-ci il tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat informatika fakultəsinin tələbələri Humanitar işlər üzrə Prorektor dos. Gülsüm Fətəliyeva, humanitar işlər üzrə dekan müavini Nurəngiz Bəşirova, tyutorlar Günay Yusubova və Səbinə İbrahimovanın rəhbərliyi ilə Nizami Gəncəvi məqbərəsini, Nizami muzeyini və Məhsəti Gəncəvi muzeyini ziyarət etmişlər.

11- 13 may 2022-ci il tarixlərində “RİYAZİYYAT və MEXANİKANIN AKTUAL PROBLEMLƏRİ” Respublika Elmi Konfransı keçiriləcək

“RİYAZİYYAT və MEXANİKANIN AKTUAL PROBLEMLƏRİ” adlı Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı Bakı Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinin təşkilatçılığı ilə 11- 13 may 2022-ci il tarixlərində keçiriləcək. Konfransın məqsədi: Riyaziyyat və mexanika sahələrində prioritet məsələlərin üzə çıxarılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırılmalara marağının

Read More

“Visual Basic mühitində budaqlanan strukturlu hesablama prosesləri” mövzusunda açıq dərs keçirilmişdir

18 aprel 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının müəllimi Arzu Cəfərovanın, Kompüter elmləri ixtisasının III kursunda Kompüterdə modelləşdirmə fənnindən “Visual Basic mühitində budaqlanan strukturlu hesablama prosesləri” mövzusunda açıq dərsi keçirilmişdir. Bu mövzu riyaziyyat istiqamətli fənnlərdə keçirilən üsulları tətbiq etmək, kompüterdə modellər qurmaq və onların tətbiq sahələrini müəyyən etmək. İdarəetmə məsələlərinin sadə modellərini tərtib etmək,

Read More

“Dörd nöqtənin mürəkkəb nisbəti. Tam dördtəpəli” mövzusunda açıq dərs keçirilmişdir

14 aprel 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Ülkər Qurbanovanın, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I kurslarında Analitik həndəsə-2 fənnindən “Dörd nöqtənin mürəkkəb nisbəti. Tam dördtəpəli” mövzusunda açıq dərsi keçirilmişdir. Mövzuda həmçinin harmonik dördlük, tam dördtəpəli və onun harmonik xassələri, dördüncü harmonik nöqtənin qurulması kimi hissələrə də toxunulmuşdur. Mövzunun əsas məqsədi proyektiv

Read More

12 Aprel  2022-ci il tatixdə saat 10:00-da  Fakültə Elmi Şurasının iclası keçirilmişdir

GÜNDƏLİK MƏSƏLƏLƏR: 1. IV kurs “Riyaziyyat müəllimliyi, “İnformatika” müəllimliyi və V kurs “Riyaziyyat və informatika” müəllimliyi ixtisaslarında pedaqoji təcrübənin ”, IV kurs “Kompüter elmləri” ixtisasında istehsalat təcrübəsinin gedişi (Kafedra müdirləri) 2. Fakültədə tədris ediləcək seçmə fənlərin kafedralar arasında bölgüsü.(Dekan müavini R.Məmmədov) 3. İxtisas kafedralarında tədrisin vəziyyəti (N Bəşirova) 4. Magistrlərin dissertasiya işlərinin icra vəziyyəti(Kafedra müdiri)

Read More

“Çevrə və dairə hissələrinə aid məsələ həlli” mövzusunda açıq dərs keçirilmişdir

11 aprel 2022-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi İlahə İbrahimovanın, Riyaziyyat və informatika müəllimliyi I-2 kursunda Elementar riyaziyyat-2 fənnindən “Çevrə və dairə hissələrinə aid məsələ həlli” mövzusunda açıq dərsi keçirilmişdir. Mövzunun əsas məqsədi çevrə və dairəyə aid nəzəriyyəni mürəkkəb məsələlərə tətbiq etmək. Eyler dairələrində orta məktəb riyaziyyat kursunda təkmilləşdirməkdir. Çevrə və dairə nəzəriyyəsi orta məktəb

Read More

“Ambisiyalar və arzular” mövzusunda açıq dərs keçirilmişdir

7 aprel 2022-cı il tarixdə Praktik Xarici Dillər kafedrasının baş müəllimi Samirə Qurbanovanın, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I-3 kursunda Xarici dildə işgüzar və akademik kommunikasiya-2 fənnindən “Ambisiyalar və arzular” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə gələcəkdə tələbələrin hədəfləri və işləkləri müzakirə olundu. Peşə-sənəd sistemində daha da diqqətli olmalarını tövsiyə etdim. Dərsdə Fakültə dekanı dos.O.M.Hüseynov, kafedra

Read More

“n-ölçülü Afin və Evklid fəzaları” mövzusunda açıq dərs keçirilmişdir

7 aprel 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının müəllimi Sevinc Quliyevanın, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I-1 kursunda Analitik həndəsə-2 fənnindən “n-ölçülü Afin və Evklid fəzaları” mövzusunda açıq dərsi keçirilmişdir. Mövzunun məqsədi n ölçülü fəzalarda verilmiş vektorlarla vektorlar arasında, müstəvilərlə müstəvilər və vektorlarla müstəvilər arasında qarşılıqlı vəziyyətlərin araşdırılmasıdır. Burada əsas məqsad həm də xətti

Read More

“Verilənlərin strukturları. Siyahılar və onların funksiya və metodları” mövzusunda açıq dərs keçirilmişdir

06 aprel 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Şəkər Babayevanın, Kompüter elmləri ixtisasının I kursunda Proqramlaşdırmanın əsasları-2 fənnindən “Verilənlərin strukturları. Siyahılar və onların funksiya və metodları” mövzusunda açıq dərsi keçirilmişdir. Bu mövzu çoxlu sayda verilənləri bir yerdə saxlamaq və emal etmək üçün PYTHON dilində siyahılarda geniş istifadə olunur. Siyahı nizamlanmış, sayına məhdudiyyət

Read More