11- 13 may 2022-ci il tarixlərində “RİYAZİYYAT və MEXANİKANIN AKTUAL PROBLEMLƏRİ” Respublika Elmi Konfransı keçiriləcək
“RİYAZİYYAT və MEXANİKANIN AKTUAL PROBLEMLƏRİ” adlı Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı Bakı Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinin təşkilatçılığı ilə 11- 13 may 2022-ci il tarixlərində keçiriləcək. Konfransın məqsədi: Riyaziyyat və mexanika sahələrində prioritet məsələlərin üzə çıxarılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırılmalara marağının