18 aprel 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının müəllimi Arzu Cəfərovanın, Kompüter elmləri ixtisasının III kursunda Kompüterdə modelləşdirmə fənnindən “Visual Basic mühitində budaqlanan strukturlu hesablama prosesləri” mövzusunda açıq dərsi keçirilmişdir. Bu mövzu riyaziyyat istiqamətli fənnlərdə keçirilən üsulları tətbiq etmək, kompüterdə modellər qurmaq və onların tətbiq sahələrini müəyyən etmək. İdarəetmə məsələlərinin sadə modellərini tərtib etmək, hesabat blokları tərtib etmək otra məktəbdə informatika və riyaziyyat fənninin tədrisi üçün sadə əyani vasitələr hazırlamaqdır. Dərsdə Fakültə dekanı dos.O.M.Hüseynov, dekan müavini t.f.d.N.Bəşirova, kafedra müdiri dos. İ.Cabbarov, dos. G.Salmanova, b.m.S.Qəmbərova və b. iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.