14 aprel 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Ülkər Qurbanovanın, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I kurslarında Analitik həndəsə-2 fənnindən “Dörd nöqtənin mürəkkəb nisbəti. Tam dördtəpəli” mövzusunda açıq dərsi keçirilmişdir. Mövzuda həmçinin harmonik dördlük, tam dördtəpəli və onun harmonik xassələri, dördüncü harmonik nöqtənin qurulması kimi hissələrə də toxunulmuşdur. Mövzunun əsas məqsədi proyektiv həndəsə bölməsinə aid olan bu qurma məsələlərində geniş tətbiq olunur. Rəsmxəttə mərkəzi proyeksiyalama zamanı istifadə olunur. Dərsdə Fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos.İ.Cabbarov, dos. G.Salmanova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.