06 aprel 2022-cı il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Şəkər Babayevanın, Kompüter elmləri ixtisasının I kursunda Proqramlaşdırmanın əsasları-2 fənnindən “Verilənlərin strukturları. Siyahılar və onların funksiya və metodları” mövzusunda açıq dərsi keçirilmişdir. Bu mövzu çoxlu sayda verilənləri bir yerdə saxlamaq və emal etmək üçün PYTHON dilində siyahılarda geniş istifadə olunur. Siyahı nizamlanmış, sayına məhdudiyyət qoyulmayan müxtəlif tipli obyektlər yığımıdır. Mühazirədə siyahıların yaradılması üsulları, siyahılar üzərində əməliyyatlar, siyahılardan kəsikləri alınması, siyahılar üçün əsas funksiyalar, siyahıların metodları, siyahıların səthi və dərin köçürülməsi, mürəkkəb siyahılar, siyahıların yaddaşda təsvir edilməsi, siyahı metodlarından istifadə etməklə məsələlərin həlli və s. kimi suallara toxunulmuşdur. Dərsdə Fakültə dekanı dos.O.M.Hüseynov, dekan müavini t.f.d.N.Bəşirova, dos. G.Salmanova, b.m.N.Həsənova, b.m.S.Qəmbərova, b.m.T.Əsgərova, m.İ.Budaqov və b. iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.