11 aprel 2022-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi İlahə İbrahimovanın, Riyaziyyat və informatika müəllimliyi I-2 kursunda Elementar riyaziyyat-2 fənnindən “Çevrə və dairə hissələrinə aid məsələ həlli” mövzusunda açıq dərsi keçirilmişdir. Mövzunun əsas məqsədi çevrə və dairəyə aid nəzəriyyəni mürəkkəb məsələlərə tətbiq etmək. Eyler dairələrində orta məktəb riyaziyyat kursunda təkmilləşdirməkdir. Çevrə və dairə nəzəriyyəsi orta məktəb riyaziyyat kursunda ən aktual, geniş tətbiq olunan bir məsələ olub, digər həndəsi məsələlər üçün baza rolunu oynayır. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dekan müavini t.f.d.N.Bəşirova, dos.Ü.Əfəndiyev, p.f.d.E.Cəfərli, b.m.K.Qaybalıyeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.