Ümumi riyaziyyat

Məmmədov Fəxrəddin Həsən oğlu

Ümumi riyaziyyat kafedrasının dosenti.

Əlaqə nömrələri:

QISA BIOQRAFIK MƏLUMAT

1950-ci ildə anadan olub.

1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alaraq riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ

Ali, dosent.

İşçi məhlulu məcburi hopturma üsulu ilə işləyən çiləyicilərin ucluğunun optimal parametrlərinin əsaslandırılması-dissertasiya

ƏMƏK FƏALİYYƏTİ

1973-cü ildən AMEA Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi,

1977-ci ildən Zaq.D.M.S.S.-də hesablama mərkəzində riyaziyyatçı mühəndis,

1980-ci ildən AKTA-nın hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdirici işləyib.

1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır.

1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent,

2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən GDU-nin İnformatika kafedrasında dosent işləyib.

2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini,

2011-ci ildən Riyaziyyat-informatika fakültəsinin dekanı işləyib.

8 aprel 2014-cü il tarixdən Gəncə Dövlət Universitetinin Tədris İşləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.

Riyazi proqramlaşdırma, hesablama riyaziyyatı və s. fənnlərini tədris edir.

12 elmi məqalə və 1 dərs vəsaiti çap olunmuşdur. Bundan əlavə 25 ədəd fənn proqramının tərtibində müəllif kimi iştirak etmişdir.

TƏDQİQAT SAHƏSİ

Hesablama riyaziyyatı, Kompüterdə modelləşmə

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərin həllinə tətbiqi”,

“Adi diferensial tənliklər və mühəndis məsələlərinin riyazi modelləri”

“Kompüter riyaziyyatı” adlı dərs vəsaiti

40 metodiki göstəriş və məqalənin müəllifidir.