“Python dilində dövrü operatorlar” mövzusunda açıq mühazirə dərsi keçirildi

18 mart 2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Sahibə Qənbərovanın İnformatika müəllimliyi ixtisasının 1-ci kursunda Proqramlaşdırma dilləri-1 fənnindən “Python dilində dövrü operatorlar” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən gələcək ixtisasçılarda Python proqramlaşdırma bacarıqlarını inkşaf etdirilməsidir. Məlumatların təhlili və təqdimatı üçün güclü praktik vərdişlərin yaradılmasıdır. Müəllim əvvəlcə dövrü operatorlar haqqında tələbələrə sorğu apardı. Sonda slaydla Python-da dövrü operatorlar haqqında izah etdi və proqramlaşdırmada misallar göstərdi. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, dosent Tahir Məmmədov, dosent Nazim Neymətov və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.