

17 mart 2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının müəllimi Leyla Mehtiyevanın İnformatika müəllimliyi ixtisasının 1-ci kursunda Proqramlaşdırma dilləri-1 fənnindən “Python dilində şərt operatorlarından istifadə etməklə proqramların qurulması” mövzusunda açıq laboratoriya dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən tələbələrdə Python-da proqramlaşdırma bacarıqlarını inkşaf etdirilməsidir. Məlumatların təhlili və təqdimatı üçün güclü praktik vərdişlərin yaradılmasıdır. Müəllim slaydla izahat verdi və Python-da tələbələrlə birlikdə proqram quraraq izahat verdi. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, dosent Tahir Məmmədov, dosent Nazim Neymətov, müəllim Lalə Rəhimova, müəllim İsmət Budaqov və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.