

1 dekabr 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Babayeva Humayın Riyaziyyat müəllimliyi 4² kursunda Elementar riyaziyyat və məsələ həlli praktikumu fənnindən açıq seminar dərsi keçirildi. Açıq dərsin mövzusu “Yüksək dərəcəli tənliklərin həlli metodları”-dır.
Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Dərsin məqsədi tələbələrdə yüksək dərəcəli tənliklərin həlli ilə bağlı analitik düşünmə bacarıqlarını inkişaf etdirmək və müxtəlif həll üsullarının praktiki tətbiqini təmin etmək idi. Seminar zamanı tənliklərin dərəcəsinin azaldılması, uyğun çevrilmə və əvəzləmə metodları izah olundu, tələbələrlə birgə nümunələr üzərində praktiki iş aparıldı.
Dərsdə fakültə dekanı dos. Oruc Hüseynov, kafedra müdiri dos. Sübhiyyə Zeynallı, b.m.Cəbərrüd Məmmədova , müəllim Şərafət Hüseynova, müəllim Afət Qurbanova və kafedranın digər müəllimləri iştirak etdilər. Sonra açıq dərs müzakirə edildi.