



Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika Fakültəsi tələbə və müəllimlərin akademik ehtiyaclarını qarşılamaq üçün zəngin qiraətxana ilə təchiz edilmişdir. Burada zəngin kitab fondu yaradılmışdır.
Fakültənin qiraətxanası əməkdaşların şəxsi kitab fondları hesabına yaradılmışdır və burada elmi və tədris ədəbiyyatı nümunələri toplanmışdır. Fondun əsasını aşağıdakı sahələrə aid kitablar təşkil edir: Riyazi analiz və cəbr, Diferensial tənliklər, İnformatika və hesablama üsulları, Riyaziyyat və informatikanın tədrisi metodikası və s. Qiraətxana təkcə kitablarla deyil, həm də müasir texnologiyalarla təchiz edilmişdir. Burada tələbələr kompüterlərdən istifadə edərək
elmi tədqiqat işləri apara bilərlər. Təcrübəli müəllimlərin dərslərinin video-yazılışlarını yenidən dinləyə bilərlər.
Bu qiraətxana fakültənin professor-müəllim heyəti, doktorant, magistr və bakalavr tələbələrinin elmi və təhsil fəaliyyətlərinə dəstək verən əsas mərkəzlərdən biridir. Bu qiraətxanın istifadəsi hamı üçün uyğundur.