27 Sentyabr “Anım günü”nə həsr olunmuş konfrans

25 sentyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsində TEC xətti ilə 27 Sentyabr “Anım günü” ilə bağlı konfrans keçirildi. Konfransda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Konfransa başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.
Fakültə dekanı dos.Oruc Hüseynov “Qəhramanlıq səlnaməsi” mövzusunda çıxış etdi.
Daha sonra tələbələrin çıxışları dinlənildi.
1. Kompüter elmləri III kurs tələbəsi Amin Məmmədli – 27 Sentyabr Anım günü – Gənclər və gələcək istiqaməti.
2. İnformatika müəllimliyi I kurs tələbəsi Sevil Məmmədova – Suni intellektin hərbiyə inteqrasiyası.
3. Riyaziyyat və informatika müəllimliyi III kurs tələbəsi Akif Muradov – Qəhrəmanlıqdan gələcəyə aparan yol.
4. Riyaziyyat və informatika müəllimliyi III kurs tələbəsi Həsənova Səbinə – Regional və qlobal əks sədalar.
Tədbirin sonda tələbələrin çıxışları müəllimlər tərəfindən müzakirə edildi və bəyənildi.