03.12.2024 cü il tarixində Riyaziyyat-imformatika fakültəsinin İnformatika və Cəbr kafedrasının r.f.d., baş müəllimi, Sevinc Quliyevanın Riyaziyyat muellimliyi 3-cü kursunda “Səthin baş və qoşma istiqamətləri. Rodriq teoremi. Səthin tam və orta əyrilikləri.”mövzusunda açıq dərsi olmuşdur.
İlk olaraq səth haqqında biliklərimizi sual-cavab edərək yenilədik. Baş istiqamətlər haqqında danışarkən aydınlıq üçün əvvəlki -Düpen indikatrisası movzusuna toxunduq. Baş və qoşma istiqamətlərin tapılması üçün şərtlər muzakirə olundu. Rodriquez teoremini soruşdum. Bu teoremdəki şərtlərdən yola çıxaraq – tam və orta əyriliklərin düsturlarını yazdıq. Mövzunu əhatəli müzakirəsindən sonra uyğun misal və məsələlərlə onu möhkəmləndirdik. Açıq dərsdə kafedra müdiri dosent İ.Ş.Cabbarov, dos.G.Verdiyeva, dos.N.Tağıyeva, dos.G.Salmanova, m.L.Rəhimova və kafedranın digər əməkdaşları iştirak etmişlər. Açıq dərs yüksək səviyyədə qiymətləndirilmişdir.