

03 dekabr 2024-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Leyle Bağırovanın Riyaziyyat və İnformatika müəllimliyi 4-3 kursunda Məktəb riyaziyyat kursunun elmi əsasları fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “İsbat prosesi, növləri və riyazi induksiya metodu”-dur. Açıq dərsdə mövzu haqqında uşaqlarla sual-cavab elədim. Riyaz induksiya metodundan hansı məqsədlə istifadə olunduğunu müzakirə etdik. Daha sonra isə mövzu ilə bağlı misallar həll etdik. Dərsdə kafedra müdiri dos. S.Zeynallı, b.m.P.Mustafayeva, b.m.S.Abbasova, müəllim M.Həsənova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.