Riyazi analiz kafedrası
09.12.2024 tarixində saat 12.00-da Riyaziyyat-İnformatika fakültəsində Tələbə Elmi Cəmiyyətinin xətti ilə Riyazi Analiz kafedrasında Elmi seminar keçirilmişdir. Elmi seminarda Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O.Hüseynov, Riyazi Analiz kafedrasının müdiri prof. O.Rzayev, Humanitar məsələlər üzrə dekan müavini t.f.d. b.m. N.Bəşirova, m. F.Seyidova, m. B.Vəliyeva, F.Səfərova -Tələbə Elmi Cəmiyyətinin sədri F.Səfərova, L.Paşayeva – Tələbə Həmkarlar Təşkilatının sədri, Ə.İsmayılov – Tələbə Gənclər Təşkilatının sədri, TEC sədri müavini B.Eyvazov və fakultənin tələbələri iştirak etmişlər. Elmi seminarda adları aşağıda qeyd olunan tələbələr iştirak etmişlər:
- Məruzəçi: Riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi – Babayeva Gülşən Rövşən qızı
Rəhbər müəllim: Prof. Rzayev Orucəli Hüseynqulu oğlu
Maksimal kəmiyyətlərin araşdırılması məsələsi
- Məruzəçi: Riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi Məmmədova Xədicə Vüsal qızı
Rəhbər müəllim: Prof. Rzayev Orucəli Hüseynqulu oğlu
Minimal Kəmiyyətlərin araşdırılması məsələsi
- Məruzəçi: Riyaziyyat və informatika müəllimliyi ixtisasının II kurs tələbəsi– Məmmədova Fatma Arzu qızı,
Rəhbər müəllim: t.f.d., b/m. Bəşirova Nurəngiz Firuz qızı
Mövzu: Qeyri-aşkar funksiyalar üçün Loqranjın qeyri müəyyən vuruqlar metodu
Hər bir çıxışdan sonra geniş müzakirələr keçirilmiş, məruzəçilər iştirakçıların suallarını cavablandırmışlar.