10 dekabr 2024-cü il tarixdə Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədovun Riyaziyyat və İnformatika müəllimliyi 3 kursunda Adi diferensial tənliklər fənnindən açıq mühazirə dərsi keçirilmişdir. “Yüksək tərtibli xətti tənliklər. Xətti bircins və qeyri- bircins diferensial tənliklərin ümumi həllinin qurulması” mövzusunda açıq dərsi olmuşdur. Mövzu aşağıdakı plan üzrə keçirilmişdi.
- İkitərtibli xətti bircins və qeyri-bircins tənliklər.
- İkitərtibli xətti diferensial operator və onun xassələri.
- İkitərtibli xətti bircins diferensial tənliyin həlləri haqqında teoremlər.
- Xətti asılı və xətti asılı olmayan funksiyalar sistemi haqqında Vronski determinantı ilə bunların araşdırılması.
- Ostroqradski-Liuvil düsturu.
- İkitərtibli xətti bircins və qeyri -bircins diferensial tənliklərin ümumi həllinin qurulması .(Sabitin variasiya üsulu)
- İkitərtibli sabit əmsallı xətti bircins və qeyri -bircins diferensial tənliklərin ümumi həllinin qurulması. (Sabitin variasiya və Qeyri müəyyən əmsallar üsulu)
- n-tərtibli xətti bircins və qeyri -bircins diferensial tənliklərin ümumi həllinin qurulması.
Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə n tərtibli xətti diferensial tənliklərin bircins və qeyri bircins hallarında ümumi həllərini qurulması qaydasını öyrətməkdir. Eləcədə yüksək tərtibli xətti diferensial tənliklərin həllərinin qurulması və araşdırılmasını tələbələrə öyrətmək və bu düsturların tətbiqi etmək vərdişlərinə yiyələndirməkdir. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri prof.O.Rzayev, dos.N.Neymətov, b.m. N.Bəşirova, müəllim B.Vəliyeva, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.