“Müasir kompüter texnologiyaları” mövzusunda elmi seminar keçirilmişdir

13.04.2023-cü il tarixdə İnformatika və Cəbr kafedrasının “Müasir kompüter texnologiyaları” mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarda fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos.İ.Cabbarov, kafedranın digər əməkdaşları və fakültənin tələbələri iştirak etdilər.

MƏRUZƏÇİLƏR

1. Magistr Nurlana İsmayılzadə

Rəhbər dos.Kəmalə Salmanova

Mövzu: Müasir şəbəkə texnologiyaları

2. İnformatika müəllimliyi ixtisasının III kurs tələbələri Günay Məmmədova, Ruslana Cəfərova

Rəhbər b.m.Samirə Babayeva

Mövzu: Müasir dronlar və onların növləri

mövzusunda çıxış etdilər.Tələbələrin çıxışları və mövzuların təqdimatı müəllimlər və tələbələr tərəfindən maraqla qarşılanaraq müzakirə olundu. Məruzəçilər onlara verilən sualları ətraflı cavablandırdılar.