Tələbələrimiz pedaqoji təcrübədə

Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisasının 4² kurs tələbəsi Həşimli Aqilə Rəşad qızının 11.04.2023 tarixində Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə 6 a sinfində riyaziyyat fənnindən “Uzunluq vahidləri” mövzusunda nümunəvi açıq dərsi keçrilmişdir . Dərsdə Elm və Təhsil Nazirliyinin İnsan Resusları şöbəsinin məsul əməkdaşları Tükəzban Qulieva , Ülvi İmanov, Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Gəncə Şəhər 39 nömrəli məktəbin direktoru Nizami Rzayev , Təcrübə və karyera söbəsinin müdri Cabbar Qarayev, ümumi riyaziyyat kafedrasının müdirü Süphiyyə Zeynallı, Metodis Müəllim Pərvin Mustafayeva, Leyla Bağırova fənn müəllimi və təcrubəçi tələbələr iştirak etmişdir.
İlk öncə şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükut ilə yad edilmiş sonra isə dərsə motivasiya olaraq Arşın mal alan filmindən kiçik bir fraqment səsləndirilmişdir. Yekunda dərs əla qiymətlə qiymətləndirilmişdir.