“İkiqat inteqralda dəyişənin əvəz olunması” mövzusunda açıq dərs keçirilmişdir

12 aprel 2023-cü il tarixdə Riyazi analiz kafedrasının t.f.d.,b.m. Nurəngiz Bəşirovanın Riyaziyyat və İnformatika müəllimliyi 2 kursunda Riyazi analiz-4 fənnindən açıq mühazirə dərsi keçirilmişdir. “İkiqat inteqralda dəyişənin əvəz olunması” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə Düzbucaqlı koordinatlarda verilmiş ikiqat inteqraldan əyrixətli koordinatlarda verilmiş ikiqat inteqrala keçid düsturunu vermək, adi müəyyən inteqralda dəyişənin əvəz olunması düsturunun ikiqat inteqralda dəyişənin əvəz olunmasını araşdırmaqdan ibarətdir. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dos.T.Məmmədov, baş müəllim S.İbrahimova, müəllim G.Yusifova, N.Qurbanova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.