“Mikroprosessorun strukturu” mövzusunda açıq dərs keçirilmişdir.

17 oktyabr 2022-ci il tarixdə Kompüter elmləri ixtisasının 3 kursunda Mikroprosessor texnikası fənnindən İnformatika və Cəbr kafedrasının dosenti Əkrəm Aslanovun “Mikroprosessorun strukturu” mövzusunda açıq dərsi keçirilmişdir.

Mühazirə mikroprosessorların ümumi iş prinsipini izah edən onun struktur elementlərinin tədrisinə həsr olunmuşdu. Mühazirədə mövzuya aid qrafiki təqdimatlardan istifadə olunurdu. Komüterdə icra olunan proqramdan gələn təlimatlara əsasən 2-lik kodların prosessor daxilində emalı mexanizmi və bu prosesdə iştirak edən ayrı-ayrı daxili qurğuların – registrlərin işi tələbələrə sxemlər əsasında izah olundu. Nəticə olaraq tələbələrdə informasiyaların prosessorda email haqqında biliklər formalaşmalıdır.

Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dos. İ.Cabbarov, dos.Ü.Əfəndiyev, dos.G.Verdiyeva, dos.T.Məmmədov və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.