“Variasiya hesabının sadə məsələsi. Eyler tənliyi” mövzusunda açıq dərs keçirildi

12 mart 2026-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Türkan Əliyevanın İnformatika müəllimliyi 3 kursunda Variasiya hesabı fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərsin mövzusu “Variasiya hesabının sadə məsələsi. Eyler tənliyi”-dır. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Fənnin məqsəd funksionalların tərtibi və ekstremum şərtlərinin öyrənilməsi, sadə variasiya məsələlərini tərtib etməkdir. Müasir dövrdə bir çox məsələlərin həllində variasiya hesabı çox geniş istifadə olunur. Sonra müəllim yeni dərsi slaydla tələbələrə izah etdi.

Dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent Sübhiyyə Zeynallı, dosent İlqar Cabbarov, dosent Nazim Neymətov, müəllim Leyla Bağırova və kafedranın digər müəllimləri iştirak etdilər. Sonra açıq dərs müzakirə edildi.