Gəncə şəhər Təhsil sektorunun şagirdləri  Gəncə Dövlət Universitetində olmuşdur

Gəncə Dövlət Universitetinin son illər ərzində aparılan səmərəli tədris, elmi-tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin Gəncə şəhərində və ətraf rayonların orta məktəblərində təbliği ilə əlaqədar qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədilə 20.10.2025-ci il tarixdə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdləri universitetin V və VI tədris binasında olmuşdurlar. Tədbirdə tam orta məktəbinin yuxarı sinif şagirdləri universitetin fənn kabinələri, laboratoriyaları, kitabxanaları, akt zalı, tələbə yeməkxanası, fakültələrin ixtisas kafedralarında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

         Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Fransız dili kafedrasının müdiri dosent Məhərrəm Orucov, Riyaziyyat – informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, dekan müavini dosent Rauf Məmmədov, dosent Tahir Məmmədov, dosent Nazim Neymətov, 1nömrəli tam orta məktəbin direktor müavini Leyla Camalzadə, fənn müəllimləri Aynurə Şirinova, Aysel Xocayeva və Gülşən Nağıyeva iştirak etmişdi. 

Tədbirdə çıxış edənlər qeyd etmişdir ki, əsas məqsəd Gəncə Dövlət Universiteti ilə Gəncə – Daşkəsən təhsil idarəsi tabeliyində olan orta ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yardılması və şagirdlərin GDU-da fəaliyyət göstərən ixtisaslar haqqında biliklərinin artırılmasından ibarət olmuşdur.

Tədbirdə şagirdlərə universitetin həyat və fəaliyyətini əks etdirən bukletlər təqdim olundu.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara ətraflı məlumat verilmişdir.