FAKÜLTƏ METOD QRUPUNUN İCLASI KEÇİRİLDİ

27 fevral  2025-ci il tatixdə saat 11:00-da  Fakültə Metodik Qrupun iclası keçirildi.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. Fakültə metodik qrupun vəzifələri haqqında məlumat.
  2. Fakültədə fəaliyyət göstərən ixtisas kafedralarında işçi tədris planlarının, fənn proqrqmlarının , sillabusların və mühazirə mətnlərinin yoxlanması barədə məlumat
  3. Tədris ilinin yaz semestrinin başlanğıcında ixtisas kafedralarında açıq dərslərin qrafikinin hazırlanması və təstiq olunması barədə məlumat

Cari məsələ

İclasda Fakültə Metod Qrupunun rəhbəri dos.Oruc Hüseynov, prof.Orcəli Rzayev, dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, dos.Nərgiz Tağıyeva, dos.Tahir Məmmədov, dos.Gülmira Verdiyeva, dos.Nazim Neymətov, b.m.E.Cəfərli iştirak etdilər.

İclasda əvvəlcə FMQ-un rəhbəri Oruc müəllim gündəliyə qoyulan məsələlər oxudu. Sonra ilk olaraq fakültə metodik qrupun vəzifələri və fəaliyyət planı haqqında məlumat verdi. Metod qrup üzvləri ayrı-ayrılıqda gündəlik məsələləri müzakirə etdilər. Sonda gündəlik məsələlərə barəsində qərar qəbul edildi və səsə qoyuldu.