“İkinci növ əyrixətli inteqral və onun hesablanması” mövzusunda açıq dərs keçirildi

17 mart 2025-ci il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi Səbinə İbrahimovanın Riyaziyyat müəllimliyi ixtisasının 2 kursunda Riyazi analiz-4 fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərs “İkinci növ əyrixətli inteqral və onun hesablanması” mövzusunda oldu. Ümumiyyətlə, riyazi analiz-1 kursunda tələbələrin mənimsənildiyi birdəyişənli funksiyalar üzərinə qoyulmuş bütün məsələlər riyazi analiz-4 fənnində çoxdəyişənli funksiyalarla ümumiləşdirilir. Müəllim əvvəlcə frontal sorğu aparmaqla keçmiş mövzuları təkralatdı. Sonra isə yeni mövzunun izahını daha geniş şəkildə izah etdi. Açıq dərsdə fakültə dekanı do.Oruc Hüseynov, kafedra müdiri prof.Orcəli Rzayev, düdir müzvini dos.Tahir Məmmədov, dos. Nazim Neymətov və kafedranın digər əməkdaşları Samirə İsmayılova, Tərlan Bağırova iştirak etmişlər. Açıq dərs sonda müzakirə edildi.