“Birtərtibli xətti diferensial tənliklər. Bernulli və Rikkati tənliklərinə aid misallar” mövzusunda açıq dərs keçirildi

14 mart 2025-ci il tarixdə Riyazi analiz kafedrasının müəllimi Bahar Vəliyevanın Riyaziyyat müəllimliyi ixtisasının 2-2 kursunda Adi diferensial tənliklər fənnindən açıq praktik məşğələ dərsi keçirildi. Açıq dərs “Birtərtibli xətti diferensial tənliklər. Bernulli və Rikkati tənliklərinə aid misallar” mövzusunda oldu. Ümumiyyətlə, diferensial tənliklər kursu riyazi fənlər arasında mühüm yer tutur. Adi diferensial tənliklər fənninin məqsədi ixtisas tələbələrinə diferensial tənliklərlə modelləşdirilən proseslərin əsas tipləri ilə tanış etmək, diferensial tənliklərin həlli üsullarını öyrətməkdən ibarətdir. Müəllim əvvəlcə tələbələrlə keçmiş dərsləri şifahi sorğu ilə soruşdu və bəzi riyazi düsturları lövhədə qeyd etdirdi. Sonra yeni dərsə aid ilk misalı özü izahlı şəkildə həll etdi. Sonda tələbələrin biliyini qiymətləndirdi. Açıq dərsdə kafedranın müdir müzvini dos.Tahir Məmmədov, dos. Nazim Neymətov, dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, fəxri prof.Zəfər Abbasov, t.f.d., b.m. Nurəngiz Bəşirova, b.m.Səbinə İbrahimova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs sonda müzakirə edildi.