





03 dekabr 2024 – cü il tarixində İnformatika və cəbr kafedrasının baş müəllimi Hüseynova Təranə Vaqif qızı 1 -cü kurs Kompüter elmləri ixtisasında Analitik həndəsə fənnindən “Fəzada düz xəttin müxtəlif tənlikləri. Fəzada iki düz xəttin, düz xətt və müstəvinin qarşılıqlı vəziyyətləri” mövzusunda açıq dərs keçmişdir. Mövzunun məqsədi fəzada düz xətlərin verilməsi üsulu haqqında məlumat verildi. Sonra isə fəzada iki düz xəttin qarşılıqlı vəziyyəti və iki düz xəttin arasındakı bucağın hesablanması, düz xətt və müstəvinin qarşılıqlı vəziyyəti və düz xətt və müstəvilərə aid metrik və afin məsələlər geniş şəkildə izah edildi. Açıq dərsdə b.m. S.Qənbərova, b.m.İ.Zeynalova, m.L.Rəhimova, m.L.Bağırova, m.N.Cabbarova və kafedranın digər əməkdaşları iştirak etmişlər.