31 mart «Soyqırım günü»nə həsr olunmuş inşa müsabiqəsi

Ümumi Fənlərin Tədrisinin Departamentinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən 29.03.24 tarixində Gəncə Dövlət Universiteti Riyaziyyat-İnformatika fakültəsində 31 mart «Soyqırım günü»nə həsr olunmuş inşa müsabiqəsi keçirilmişdir.

Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı, sonra Respublikamızın süverenliyi və ərazi bütövlüyü uğurunda həyatlarını qurban vermiş əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Riyaziyyat İnformatika fakültəsinin dekanı Oruc Hüseynov, dekan müavini Nurəngiz Bəşirova, fakültənin tyutorları Günay Yusifova və Elza Dəmirova çıxış edərək 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmələri haqqında tədbir iştirakçılarına məlumat vermişlər, bu mövzuda tələbələrlə müzakirə aparmışlar. Daha sonra müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulamışdırlar. Riyaziyyat İnformatika fakültəsinin təmsil olunduğu müsabiqədə 7 tələbə iştirak edib:

       1)Riyaziyyat İnformatika müəllimliyi ixtisasının I kurs tələbəsi Səbinə Həsənova «31 Mart Azərbaycanlıların soyqırımı günüdür »

       2) Riyaziyyat İnformatika müəllimliyi ixtisasının II kurs tələbəsi Xədicə Məmmədova «31  Mart tarixi yaddaşımızdan heç vaxt silinməyən soyqırım»

       3) Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Xumar Namazova «Mart soyqırımı  tariximizin qanlı yaddaşı »

      4)Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Qənirə Rzazadə «Qanla yazılmış tarix 31 Mart»

     5)Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Sevinc Rəhimova «Unutmadıq, unutmarıq!»

     6)Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Rahil İmamquliyev «Azərbaycanlıların soyqırımı günü»

     7) İnformatika müəllimliyi ixtisasının I kurs tələbəsi Aysu Mehdiyeva «Qanlı tarix» mövzularındakı müsabiqəyə təqdim olunan inşalar münsiflər heyətinə təhvil verilmişdir. Inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilmiş, tələbələr tutduqları yerlərə əsasən fəxri fərmanla təltif olunmuşlar.