“Əyləncəli Riyaziyyat” adlı musiqili, intellektual bilik yarışı keçirildi

18.05.2022 tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat İnformatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ” Əyləncəli Riyaziyyat” adlı musiqili, intellektual bilik yarışı keçirilmişdir. Giriş nitqi ilə tədbirin açılışını edən Tələbə Elmi Cəmiyyətinin sədri O. Mustafayeva yarışın keçirilməsində yaxından iştirak etmişdir. Tədbirdə fakültənin dekanı dos. O. Hüseynov, Humanitar işlər üzrə dekan müavini N.Bəşirova, Tələbə Həmkarlar Təşkilatının sədri N.Əlili və fakültənin tələbələri iştirak etmişdir. Çətinlik dərəcəsinin artmasına görə 3 mərhələ üzrə davam edən yarışda 18 tələbə qalibiyyət uğrunda mübarizə aparmış və öz biliklərini yoxlayıblar. Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri O.Mustafayeva, R. Əliyev, R. Novruzova keçirilən yarışın hər bir mərhələsinin qaydasını açıqlamış və mərhələ suallarını təqdim etmişdir. Yarışda I kurs tələbələrindən ibarət “Zirvə” komandası, II kurs tələbələrindən ibarət “Erudut” komandası, III Kurs tələbələrindən ibarət ” Pifaqor ” komandası qalibiyyət uğrunda mübarizə aparmışlar. Yarışın I və II mərhələsində 3, final mərhələsində 2 komanda iştirak etmişdir. Yarışın gedişi münsiflər heyəti tərəfindən izlənilmiş və qalib komandanın adı açıqlanmışdır. Münsiflər heyətində Riyazi analiz kafedrasının əməkdaşları T. Məmmədov, S. İbrahimova, N. Bəşirova iştirak etmişdir. Yekunda II kurs tələbələrindən ibarət “Erudut” komandası qalib gəlmişdir. Qalib komandanın tələbələri Fərid Əlbəndov, Jalə Qurbanova, Hümbətova Türkan, Qasımova Günel, Həsənova Səma, Qocaya Fərhad fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılmışlar.