ELMİ SEMİNAR

08.04.2024 tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi elmi seminar keçirildi.

Seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsəlndirilmiş, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seminarda Riyaziyyat-informatika fakültəsinin dekanı dos.O.Hüseynov, Humanitar məsələlər üzrə dekan müavini N. Bəşirova, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayev, Riyazi analiz kafedrasının dosenti .N.Neymətov, Riyazi analiz kafedrasının dosenti T.Məmmədov, Ümumi Riyaziyyat kafedrasının müdiri dos.Z.Sübhiyyə, İnformatika və Cəbr kafedrasının dosenti K.Salmanova  və fakültənin tələbələri iştirak etmişlər. Elmi seminarda İştirak edən tələbələr:

1) Səmədova Ayişə Natiq

Kompleks dəyişənli ardıcıllıq və onun limiti

Rəhbər müəllim:dos.N.Neymətov

 2)Məmmədova Nəcibə Vüqar

Qızıl bölgü

Rəhbər müəllim:dos.N.Neymətov

3)Məmmədov Babək Rüstəm

Triqonometriyanın yaranma tarixi

Rəhbər müəllim:N.Bəşirova

4)Əliyeva Billur Vüsal

e‘ ədədi

Rəhbər müəllim: N.Bəşirova

Məruzəçilər  mövzular haqda geniş məlumat vermiş və  seminar iştirakçılarının suallarına cavab vermişlər. müəllimlərlə  müzakirələr aparmışlar.