Tələbə Elmi Cəmiyyətinin “Beynəlxalq Sülh günü”nə həsr olunmuş elmi  konfrans keçirildi

21 sentyabr   2023-cü il tarixində saat 1200-da Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Beynəlxalq Sülh  günü”nə həsrnə həsr olunmuş elmi  konfrans keçirilmişdir.

Konfransda Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O.Hüseynov, tədris məsələləri üzrə dekan müavini r.f.d., b/m.R.Məmmədov, humanitar məsələlər üzrə dekan müavini t.f.d.N.Bəşirova, İnformatika və cəbr kafedrasının müdiri dos.İ.Cabbarov, Riyazi analiz kafedrasının dosenti A.Hüseynov, Riyazi analiz kafedrasının dosenti N.Neymətov, İnformatika və cəbr kafedrasının dosenti  N.Tağıyevavə fakültənin tələbələri iştirak etmişlər.

Konfransda adları aşağıda qeyd olunan tələbələr məruzə ilə çıxış etmişlər.

Məruzəçilərin çıxışları yekunlaşdıqdan sonra hər bir məruzə üzrə tələbələrə müvafiq suallar verildi. Verilən suallara hər bir məruzəçi qənaətbəxş cavab verdi. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər. Daha sonra çıxışlar açıq səsvermə yolu ilə qiymətləndirildi.

1. Ölçülən funksiyalar və onların xassələrinin sonsuz aralıq və bir neçə dəyişən  halına ümumiləşmə.

Tələbə: Məmmədova Leyla

Rəhbər müəllim: Neymətov Nazim\

2. Cüt və tək funksiyaların Furye sırasına ayrılışı

Tələbə: Hümbətova Türkan

Rəhbər müəllim: Bəşirova Nurəngiz

3. Triqonometrik interpolyasiyalama

Tələbə: Cümşüdova Lalə

Rəhbər müəllim: Məmmədov Tahir

Məruzəçilər seminar iştirakçılarının suallarını  csvsblandırmışlar. Sual cavab diskusiyya şəklində aparılmışdır.