26 FEVRAL – XOCALI SOYQIRIMI

21.02.2024-cü il tarixində Riyaziyyat – informatika, Fizika və Texniki fənlər və Pedoqoji fakültələrin  Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dos.G.Fətəliyeva, Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayeı, Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərin başına gətirilən müsibət, vəhşilik, qəddarlıq haqqında, illər ötsə belə heç zaman unudulmayacaq,  O qanlı soyqırımdan 32 il keçsədə o dəhşətli gecəni bu gün də ürək ağrısı ilə xatırlamışlar.

 Tədbirdə  Riyaziyyat-informatika fakültəsinin tələbələri – Kərimova Nuray, Hacıyeva Rəbiyyə, Fizika və texniki fənlər fakültəsinin tələbələri – Məmmədli Gülnar, Bayramova Brilyant, Pedoqoji fakültəsinin tələbələri Cəfərova Ləman, Əliyeva Röya «Xocalı – qan yaddaşımız» – bədii kompazisiya, çıxış etmişlər. Riyaziyyat– informatika fakültəsinin tələbələri İsmayılova Mədinə, Tomuyev Əli, Pedoqoji fakültəsinin tələbələri Həsənli Həsən, Əhmədov Vidadi  «Ana mən şəhid oldum» mahnısını ifa etmişlər.