12.02.2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsinin Həmkarlar Təşkilatının hesabat seçki yığıncağı keçirilmişdir. İclasda Gəncə Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri A.Qasımova, Riyaziyyat – informatika fakültəsinin əməkdaşları iştirak etmişlər. İclas Riyaziyyat – informatika fakültəsinin dekanı dos. O.Hüseynovun sədrliyi altında keçirilmişdir. Dos.N.Tagıyeva iclasın katibi seçilmişdir.
Gündəlik məsələ:
- Riyaziyyat – informatika fakültəsinin Həmkarlar Təşkilatının sədrinin hesabatının dinlənilməsi.
- Riyaziyyat- informatika fakültəsinin Həmkarlar Təşkilatının yeni heyətinin seçilməsi.
- Riyaziyyat- informatika fakültəsinin Həmkarlar Təşkilatının yeni sədrinin seçilməsi.
Riyaziyyat-informatika fakültəsinin Həmkarlar Təşkilatının sədri N.İsmayılovun müvafiq dövr üçün gördüyü işlər haqqında hesabatı dinlənilmişdir.
Prof.O.Rzayev, dos. İ.Cabbarov çıxış edərək keçən dövr ərzində N.İsmayılovun gördüyü işləri yüksək qiymətləndirmişlər.
Gəncə Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri dos.Qasımova A. çıxış edərək N.İsmayılovun keçən dövr ərzindəki hesabatını qənaətbəxş hesab etmiş. Həmkarlar təşkilatının keçən dövr ərzində gördüyü işlər və qarşıda duran məsələlər haqqında iclas iştirakçılarına geniş məlumat vermişdir.
İclasda adları aşağıda qeyd olunanlar Riyaziyyat – informatika fakültəsinin Həmkarlar təşkilatının yeni heyətinə seçilmişlər:
Məmmədov Rauf Məmməd oğlu
Vediyeva Gülmira Zahid oğlu
Bəşirova Nurəngiz Firuz qızı
Salmanova Günay Hüseyn qızı
İsmayılov Nazir Əliş oğlu
Heyət üzvləri yekdilliklə N.İsmayılovu Riyaziyyat – informatika fakültəsinin Həmkarlar təşkilatının sədri seçmişlər.