Tələbəmiz “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 05.10.2023-cü il tarixli F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi üzrə seçim meyarları”na uyğun gələn bakalavriat səviyyəsi üzrə əyani formada təhsil alan və Riyaziyyat – informatika fakültəsi Riyaziyyat və informatika müəllimliyi 2 kurs tələbəsi Cavadova Aysun İlham qızına “Heydər Əliyev adına təqaüd”ün verilməsi qərara alınmışdır.Cavadova Aysun İlham qızı Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına yüksək balla – 606.1 balla qəbul olunmuş, təhsil aldığı dövrdə fakültənin və universitetin ictimai işlərində xüsusi fəalliq nümaiş etdirmiş, öz nizam-intizamı ilə yaxşı mənada fərqlənmişdir. Cavadova Aysun İlham qızı “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. Oxuduğu dövrdə əlaçı olmuşdur (I semestr ÜOMG-93,45, II semestr ÜOMG-92,12; I kurs üzrə ÜOMG -92,78).