“Cəbri və transendent ədədlər. Bir və bir neçə dəyişəni olan çoxhədlilər. Qeyri müəyyən əmsallar üsulu ilə çalışma həlli” mövzusunda açıq dərs keçirildi

23 noyabr 2023-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Mətanət Həsənovanın Riyaziyyat müəllimliyi I-2 kursunda Elementar riyaziyyat-1 fənnindən praktik məşğələ dərsi keçirilmişdir. “Cəbri və transendent ədədlər. Bir və bir neçə dəyişəni olan çoxhədlilər. Qeyri müəyyən əmsallar üsulu ilə çalışma həlli” mövzusunda açıq dərsin mahiyyəti Cəbr və transendent ədədlətin fərqini tələbələrə anlatmaq, Hörner sxemini başa salmaq və mövzuya uyğun çalışmaların həllini daha dərindən öyrətməkdir.

Dərsdə fakültə dekanı dos.O.Hüseynov, dos.C.İbrahimov, kafedra müdiri dos.S.Zeynallı və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.