UĞURLAR ƏZİZ MƏZUNLARIMIZ!

23.06.2023-cü il tarixində Riyaziyyat – informatika fakultəsində IV kurs Riyaziyyat müəllimliyi ixtisası tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilmişdir. Müdafiəyə əməkdar elm xadimi, dos.Y.Yusifəliyev sədrlik etmişdir. Buraxılış işlərinin müdafiəsində komissiya üzvlərindən Riyaziyyat – informatika fakultəsinin dekanı, dos.O.Hüseynov, Riyazi analiz kafedrasının müdiri, dos.A.Hüseynov, İnformatika və cəbr kafedrasının müdiri, dos. İ.Cabbarov, Ümumi riyaziyyat kafedrasının müdiri, dos. S.Zeynallı iştirak etmişlər. Riyaziyyat müəllimliyi ixtisasının tələbələrini bu münasibətlə təbrik edirik.