“Variasiya hesabının əsas məsələləri. Eyler tənliyi” mövzusunda açıq dərs keçirilmişdir

17 aprel 2023-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Leyla Bağırovanın İnformatika müəllimliyi III-2 kursunda Variasiya hesabı fənnindən praktik məşğələ dərsi keçirilmişdir. “Variasiya hesabının əsas məsələləri. Eyler tənliyi” mövzusunda açıq dərsimdə variasiya hesabının əsas məsələləri haqqında danışdım. Variasiya hesabının 3 əsas məsələsi var: Braxistoxron məsələsi, geodezik xətt haqqında məsələ və izoperimetrik məsələ.Bu məsələlər haqqında tələbələrlə ətraflı sual-cavab elədim.
Daha sonra Eyler tənliyini və onun açıq şəklini qeyd elədim.Eyler tənliyinin xüsusi hallarına nəzər saldıq.Yekun olaraq Eyler tənliyinin xüsusi hallarına aid misallar yazdıq.

Dərsdə kafedra müdiri fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos.S.Zeynallı, r.f.d.E.Cəfərova, b.m.S.Abbasova, b.m.A.Qurbanova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.